DYP yeni dərs ilinin başlaması ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİbackend

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır əlavə olaraqda əsasəndə çoxları üçün məzuniyyət dönəmimin bitməsi paytaxt ərzisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses dahada intensivləşir.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı şəhərin real hərəkətini düzgün qiymətləndirməyi hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik. Dəfələrlə moped, velasipet, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ solağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq.

Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!