Əbdülməcid Axundovun anım gününə həsr olunmuş “Mən Səninləyəm, Ana Vətən!” adlı tədbir keçirildi – FOTOLARbackend

15 oktyabr 2021-ci il tarixində Abşeron rayon Mədəniyyət Mərkəzində 2016-cı il aprel şəhidi Axundov Əbdülməcid Nadirşah oğlunun anım gününə həsr olunmuş “Mən Səninləyəm, Ana Vətən!” adlı tədbir keçirildi.

Tədbir Dövlət Himni ilə başladı. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev açdı. O, şəhidliyin necə uca bir məqam, şəhidlərin tanrı tərəfindən seçilmiş bəndələr olduğunu xüsusi vurğuladı. Abşeron rayon Mədəniyyət Mərkəzi adından şəhidin anası Ceyran xanım Həsənovaya rəsmlə çəkilmiş Əbdülməcidlə birgə şəklini hədiyyə etdi. Şəhidlərə aid mahnılar, şeirlər səsləndi. Sonda rejissor Elşən Zeynallının Əbdülməcid Axundova həsr etdiyi “Mən Səninləyəm, Ana Vətən!” adlı film nümayiş olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.