Ədliyyə naziri vətəndaşlarınvideoqəbulunu keçiribbackend

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlaralayiqli xidmət göstərilməsi, onların müraciətlərinə vəşəxsi qəbullarına hər zaman qayğı və həssaslıqlayanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyitərəfindən daim diqqətdə saxlanılır.


Bu məqsədlə nazirlikdə vətəndaşlarınvideoqəbulunun Qaydası müəyyən olunub, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitində həmçinin, vətəndaşların müraciətlərinə elektron qaydada, o cümlədən sosial media vasitəsilə, habelə “qaynar xətt”lərə edilən müraciətlərinə baxılması təmin edilir, nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən davamlı olaraq müasir İKT-lər tətbiq olunmaqla videoformatda qəbullar keçirilir.

Bundan əlavə dövlət kommunikasiya siyasətinə uyğun olaraq nazirliyin rəsmi internet saytları və sosial şəbəkə səhifələri vasitəsilə, həmçinin vətəndaş cəmiyyəti institutlarının və KİV-lərin iştirakı ilə ədliyyə fəaliyyətinə dair ictimai maraq kəsb edən mövzularda onlayn brifinqlər, vətəndaşlarla interaktiv formada birbaşa təmasda canlı yayımlar təşkil olunur, sual-cavab sessiyaları keçirilir.

Avqustun 27-də Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

 

     Gəncə, Şəki, Şirvan, Sumqayıt və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Bölgələrin sakinləri qlobal pandemiyaya qarşı respublika Prezidenti və Birinci vitse-prezident tərəfindən görülən işlərə, əhaliyinin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə minnətdarlığını ifadə edib, onların qəbullarının videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.