Əflatun Amaşov: “Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır”backend

Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Şura sədri qeyd edib ki, söhbət azad sözə qarşı hücumdan, jurnalistin peşəkar fəaliyyətinə maneçilik cəhdindən, açıq təhdiddən gedir, bu hal Azərbaycanda söz və ifadə azadlığı istiqamətində əldə edilmiş uğurlara kölgə salır və onun araşdırılmasına xüsusi yanaşma mütləqdir: “Əminəm ki, hüquq-mühafizə orqanları insidentə ciddi şəkildə diqqət yetirəcək, günahkarlar layiqli cəzalarını alacaqlar. Azərbaycan Mətbuat Şurası olaraq biz də öz tərəfimizdən məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə daimi təmasdayıq. Nazirlikdən hadisənin nəzarətə götürüldüyünü, araşdırmanın aparıldığı bildirilib. Belə həssas yanaşma günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır”.

Qeyd edək ki, jurnalist Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalıb.