Əflatun Amaşov sədrlikdən gedir – Bu şəxs əvəzləyəcək / FOTObackend

Mətbuat Şurasının sədri Əflatun Amaşov istefa ərizəsi yazıb.

“Yeni Gündəm” unikal.org-a istinadən xəbər verir ki, Əflatun Amaşov tutduğu vəzifədən istefa verməklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.

Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Əflatun Amaşov sədrlikdən gedir - Rəşad Məcid əvəzləyəcək