Əfqanıstanda soyuq hava səbəbindən 160-dan çox adam ölübbackend
Əfqanıstanda son illərdə ən sərt qış fəsli yaşansa da, təkcə bu ayda 160-dan çox insanın dondurucu hava səbəbindən öldüyü bildirilir.
“Yeni Gundem” xəbər verir ki, vətəndaşlar bildirirlər ki, hava şəraitinin şaxtadan xeyli aşağı olmasına baxmayaraq, evlərini qızdırmaq üçün odun, kömür və ya yanacaq tapa bilmirlər. Mövcud administrasiyanın Fəlakətlə Mübarizə Nazirliyinin sözçüsü Şefiullah Rəhimi, “Yanvarın 10-dan bəri soyuq hava səbəbindən 162 nəfər həyatını itirib. Ölənlərin 84-ü son bir həftədə baş verib” dedi.
Ağır iqtisadi böhranın məngənəsində olan ölkədə havanın temperaturu vaxtaşırı mənfi 34 dərəcəyə enən son 15 ilin ən soyuq qışını yaşayır.
7NEWS.az