Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıbbackend

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.