Əfv ola bilər – AÇIQLAMAbackend

“Qarabağda tarixi hərbi qələbə münasibətilə amnistiya və ya əfv olması üçün ölkə başçısına müraciət edəcəyik”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu qeyd edib ki, müraciətin yaxın günlərdə etməyi planlaşdırırlar: “Biz işçi qrupu olaraq ölkə başçısına müraciət etməklə bağlı razılaşmışıq. Sadəcə, bir müddət gözləyirik ki, indiki qələbə abı-havası səngisin. Bu qələbə sevinci, müharibə bütün xalqı birləşdirdi. Əgər əfv sərəncamı imzalanarsa, hər kəs sevinərsə, bu, tam qələbə olar. Bizim istədiyimiz siyahımızda olan bütün şəxslərin azadlığa buraxılmasıdır”.

N.Cəfəroğlu siyasi məhbusların da azadlığa buraxılması məsələsinin gündəmdə olduğunu qeyd edib: “Biz müharibənin qızğın zamanında belə deyirdik ki, siyasi məhbuslar da azadlığa buraxılsın. Çünki onlar arasında müharibədə iştirak etmək istəyən gənclər də var idi. Bizə də müraciət edirdilər. Biz istəyirik ki, Avropanın, bəzi beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli mövqeyinin qarşısını alaq. Onlar Azərbaycanda bəzi insan haqlarının pozulduğunu əsas gətirərək bizə qarşı təzyiqlər edirlər. Bunun qarşısını ala bilərik. Müharibə dövründə bəzi Avropa ölkələri bizi yox, Ermənistanı dəstəklədi. Biz də onların cavabını verə bilərik. Qələbəmizi tam edə bilərik. Bununla da bizə qarşı bəyanatlar verən Avropa ölkələrinin səsini kəsə bilərik. Əsas da biz bunu özümüz üçün, öz dövlətimiz üçün edirik. İstəyirik ki, ölkəmizdə heç bir problem, narazılıq olmasın. Bütün ölkə birləşmişkən biz bunu da həll etməliyik”.Musavat.com