ƏGƏR QADINLARA BƏRABƏR HÜQUQLAR VERMƏSƏNİZ, İRƏLİLƏYƏ BİLMƏZSİNİZbackend

Ümumi insan və vətəndaş hüquqları və onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur.

Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur. Kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.

Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü
(doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) ödənişli məzuniyyət verilir, amma övladı doğulan ataya problemləri ilə məşğul olmaq, ailəsinə zaman ayırmaq üçün cəmi 14 gün izin verilir, amma ödənişsiz. Yəni, Azərbaycanda atalıq məzuniyyəti yoxdur. O zaman kişilər də desin ki “bu ölkədə mənim haqqım tapdanır”. Bu sadə bir misal idi,mən demək istəyirəm ki, qadın daha öncəliklidir. Yetər ki haqqını-hüququnu bilsin.
Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq.Problemləri olan yüzlərlə qadınımız var, demək olar ki, əksəriyyəti bu barədə bilgisizdir. Məsələn, abort hallarından şikayətlər daha çox olur. Qadınlar həyat yoldaşı və ya ailəsi tərəfindən aborta məcbur edilir. Cox vaxtlarda bunun səbəbi də doğulacaq körpənin qız olması ilə bağlı olur, və qadın bilmir ki, onun öz razılığı olmadan və ya həyatı təhlükəsi olmasa, bətnindəki körpəni heç kimi ondan ala bilməz. Amma ən ciddi məsələlərdən biri isə ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır.
Qadınlar savadlı olsa, hüquqlarını bilsə bu kimi hallarla mübarizə edə bilərlər.
Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır.
Azərbaycanda bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
ÖZ HÜQUQLARINIZI BİLİN VƏ ONLARI QORUYUN.

Samirə Sedyarlı 

Hüquqşunas

Yenigundem.az