Əhaliyə şad xəbər – 2023-cü ilin büdcəsində…backend

Gələn il üçün sosialyönümlü xərclər artırılır.

“Yeni Gundem” Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdəcsi layihəsinin birinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin, ordunun daim müasirləşdirilməsinin ən önəmli vəzifələr olduğunu söyləyib.

Qarabağ və Şərqi Zəngəzurda işlər inkişaf strategiyası çərçivəsində maliyyələşdiriləcək.

Strategiya çərçivəsində ayrılan vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinə yönəldiləcək.

Qeyd edək ki, “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.