Əhməd Əhmədzadə: “Həmişə səksəkə içində yaşamışam”backend

Xəbər verdiyimiz kimi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə bir neçə gün öncə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

“Yeni Gündəm” xəbər verir ki, Ə.Əhmədzadə ASC-nin kollektivi ilə sağollaşarkən maraqlı anlar yaşanıb.

Belə ki, sabiq sədr çıxışında illərdir rahat yaşamadığını söyləyib: “Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”.Unikal.org