Əhməd Əhmədzadənin yerinə iddialı şəxs kimdir? – Oğlunun İngiltərədə bahalı avtomobil kolleksiyası…backend

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov qurumun sədri vəzifəsinə iddialıdır.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.

“Rafiq Aslanov ölkənin vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir. Oğlu Afiq Aslanov İngiltərədə bahalı avtomobillər kolleksiyasıdaşınmaz əmlak sahibidir, 44 günlük müharibə zamanı Londonda 1 milyona ikinci mənzil almışdı” – C.Həsənli bildirib.

Qeyd: Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.