“Ehtimal var ki, sui-qəsdin sifarişçisi kim ola bilər” – Qulu Məhərrəmlibackend

Cəmiyyət arasında müəyyən nüfuzu olan millət vəkili, fəal vətəndaş mövqeyi olan şəxsə qarşı sui-qəsd sıradan hadisə deyil və birbaşa ictimai motivlərlə bağlı məsələdir.

Bu sözləri “Yeni Gundem”-ə tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli deyib.

O açıqlayıb ki, hadisənin əlamətdar gündə törədilməsi müəyyən mesaj təsiri bağışlaya bilir.

“Fazil Mustafanın mövqeyi, cəmiyyətdə cahilliyə, nadanlığa ,dini xurafata qarşı çıxışları hər kəsə bəllidir.
Xalqın ümumi inkişafı, gənclərin sağlam dünya görüşü formasındakı çıxışları əhəmiyyətlidir.
Fazil Mustafaya qarşı törədilən terror cəhdi hər bir Azərbaycan vətəndaşına qarşıdır. Xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları işi ciddi şəkildə araşdıracaqlar. Ehtimal var ki, sui-qəsdin sifarişçisi kim ola bilər. Bu hadisənin əlamətdar gündə törədilməsi müəyyən mesaj təsiri bağışlaya bilir. Ehtimallardan biri də, həmin adamlara xəbərdarlıqdır.Ancaq bunlar sadəcə ehtimallardır. Bunlar olmaya da bilər.
Hər yerdə təhlükəsizlik kameralarının quraşdırılmasından tutmuş, digər mühafizə, nəzarət,müşahidə formalarından istifadə olunmalıdır ki, cinayəti törədə biləcək şəxslər bunu çox sadə iş hesab etməsinlər”,-deyə ədəbi tənqidçi qeyd edib.

Fərahim Rəhimov