İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mayın 14 keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.
Əkrəm İmamoğlu Halk TV-də çıxışı zamanı deyib ki, onun namizədliyi məsələsi gündəmdə yoxdur.
“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”, – İmamoğlu məsələni şərh edərkən deyib.
Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 2-si vahid namizədinin adını açıqlaya bilmədi, yekun qərarın martın 6-da veriləcəyi gözlənilir./APA