“Əks-hücumları tənqid etmək üzə tüpürmək deməkdir”backend

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, onların Rusiyaya qarşı əks-hücumlarını tənqid etmək “müharibədə həlak olan ukraynalı əsgərlərin üzünə tüpürməyə” bərabərdir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Kuleba Avropa İttifaqına (Aİ) sədrlik edən İspaniyanın ev sahibliyi ilə Toledoda keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında deyib.

AB xarici işlər nazirlərinə daha çox hərbi texnika göndərilməsi tələblərini təkrarladığını qeyd edən Kuleba, İspaniyadan daha çox tank, zirehli maşın və müdafiə sistemi istədiklərini qeyd edib.

“Müharibədə qalib gələndə xalqın qarşısına çıxıb deyəcəyəm ki, bizə daha çox silah lazım deyil. Ancaq döyüşməyə davam etdikcə, daha çox silaha ehtiyacımız olur. Bu, acgözlüyümüzə görə deyil, ölkəmizin torpaqlarını qorumaq, itirilmişləri geri qaytarmaq və Avropada sülhü bərpa etmək üçün vacibdir” deyib.

Mənbə: Ntv.Tr

Aynur Camal