Eks-prezident ilk dəfə evləndibackend

Fransanın keçmiş prezidenti Fransua Olland kino aktrisası Juli Qaye ilə evlənib.

Mərasim Ollandın uzun müddət mer olduğu Tül şəhərində baş tutub.

Nikah mərasimini Ollandın meri postundakı xələfi Bernar Komb aparıb.

Qeyd edək ki, bu, 67 yaşlı eks-prezidentin ilk rəsmi nikahıdır. Onun əvvəlki sevgilisi jurnalist Valeri Trierveyler ilə ittifaqı 8 il əvvəl məhz Qaye ilə münasibətlərə görə başa çatmışdı.

Eyni zamanda, Ollandın Fransa Sosialist Partiyasındakı həmkarı Seqolen Royal ilə qeyri-rəsmi ailə həyatından dörd övladı var.

Qeyd edək ki, Olland 2012-2017-ci illərdə prezident olub. Onu bu vəzifədə Emmanuel Makron əvəzləyib.

APA