Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının sədri seçildibackend

Bu gün Bakıda Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.

“Yeni Gundem” xəbər verir ki, qurultayda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyevin memarlıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, görülən işlərdən danışıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına məktubunu oxuyub.

Mədəniyyət naziri Anar Kərimov nazirliyin Memarlar İttifaqı ilə uzun illər davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb.

Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin mükafatları təqdim olunub.

Qurultayın sonunda Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri seçilib.