Əlcəzairdə qum fırtınası oldu – VİDEObackend

Əlcəzairin şərqində yerləşən M’sila əyalətində qum fırtınası baş verib.

“Yeni Gündəm” xəbər verir ki, əyalətin Ain El-Hajal bölgəsində baş verən qum fırtınası zamanı səma qızılı rəngə boyanıb.

Məlumata əsasən, qum fırtınası nəticəsində görmə məsafəsi əhəmiyyətli dərəcədə azalıb və avtomobillərin hərəkətinə maneə yaradıb.

Bununla yanaşı, tənəffüs problemi olan şəxslərə mümkün qədər çölə çıxmamaları tövsiyə edilib.