Elçin Quliyevdən açıqlamabackend

“Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk¬turu yaradılır, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışına həsr olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirilb.

E. Quliyev deyib ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş his¬səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri fəaliyyətə başlayıb, son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliy¬yətinə başlayıb: “May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaq”.