Eldar Əzizov: “Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı yaxın günlərdə ola bilər”backend

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

İcra başçısı bildirib ki, Heydər Əliyev Fondu tərəfindən ucaldılacaq heykəlin açılışı üçün hazırda heykəltəraş və mütəxəssislər hazırlıq işləri görür: “Bununla bağlı proses gedir. Ola bilər ki, yaxın günlərdə heykəlin açılışı olsun. İşlərin gedişi mütəxəssislərin fəaliyyətindən asılı olacaq”.

APA