Eldar Əzizovun qardaşı vəzifəsindən azad edilib?backend

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı ƏƏSMN-dən Bakupost.az-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “A.Əzizov 2 il öncə Nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hal-hazırda Aydın Əzizov Nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”.