“Əldə edilən nəticə bizi son dərəcə sevindirdi” – Hulusi Akarbackend

“Əldə edilən nəticə bizi son dərəcə sevindirdi. Bu hərəkat bir oyanışdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.

“Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir uğur əldə etdiniz. Hərəkat 44 gündə başa çatdı, amma bu hərəkatdan 44 il boyunca danışılacağından əmin olun. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”, – deyə nazir vurğulayıb.