“Eldəniz Səlimovun mandatını əlindən alıb ferma müdiri göndərmək lazımdır”backend

Deputat Eldəniz Səlimovun Xaçmaz rayon polis şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsinə təpkilər davam edir.

“Yeni Gündəm” xəbər verir ki, əslən Xaçmaz rayonundan olan Əməkdar jurnalist Azər Həsrət də deputatın qanun keçikçisinə əl qaldırmasına etiraz edib.

Jurnalist Eldəniz Səlimovun məlum hərəkətinə belə reaksiya verib: “Bu adam bölgədə restoran davalarıyla tanınır. Indi polisimizin öz ləyaqətini qoruma vaxtıdır. Axıra kimi getməlidir. Yoxsa polis gözdən düşəcək. Bunun cəzası mandatını əlindən alıb uzaq bir kəndə ferma müdiri göndərmək kimi olmalıdır…”