“Elə general olmaq istəyirəm ki…” – Polis mayorunun açıqlaması müzakirələrə səbəb oldu – VİDEObackend

Nəsimi rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Elçin İsgəndərovun İctimai Televiziyaya müsahibəsi müzakirələrə səbəb olub.

“Yeni Gündəm”-in xəbərinə görə, E.İsgəndərov deyib ki, daxili işlər orqanlarında böyük şəxsi heyətə rəhbərlik edən generallardan olmaq istəyir.

Polis olmaq Elçin İsgəndərovun uşaqlıq arzusu olub: “İki il hazırlığa getmişəm və istəmişəm ki, nə vaxtsa, polis generalı olum, kimsə gətirib qoymayıb… Ən böyük arzum general olmaqdır. Elə generallar var ki, Mətbuat xidmətinə rəhbərlik edir və yaxud da Kadrlar şöbəsinin rəisidir. Mən elə general yox, daxili işlər orqanlarında böyük şəxsi heyətə rəhbərlik edən generallardan olmaq istəyirəm”.

E.İsgəndərovun müsahibəsi müzakirələrə səbəb olub, o, tənqid hədəfinə tuş gəlib.

Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri olan şəxsə general rütbəsi verilmir. Qeyd olunub ki, E.İsgəndərov şöbə rəisi olsa da, çalışdığı qurumdan xəbərsizdir.

Cavid