“Elə müğənnilər var ki, evdə qalıblar”backend

Aparıcı Afaq Gəncəli növbəti açıqlaması ilə diqqət çəkib.

“Yeni Gundem” xəbər verir ki, o, “Səhər mərkəzi” proqramında ad çəkmədən hələ də evlənməyən məşhurlardan danışıb.

“Elə xanımlar tanıyıram ki, evdə qalıblar. Onların sırasında populyar müğənnilər var ki, bildiyiniz evdə qalıblar. Yaşları 40-ı keçib, heç evlənməyiblər. Bu onlar üçün bir dərddir. Bir var boşuna dərd, bir də var həqiqətən. Çünki fikirləşirlər, psixoloji travma halına gəlir. Deyirlər, ki, niyə mən getmirəm, niyə məni almırlar?”, – deyə, Afaq bildirib.