Ələkbər Yasamallının anası danışdı: “Rəşadın atasının artıq-əskik danışması…”backend

“Rəşad Dağlıdan heç vaxt belə addım gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi…”

“Yeni Gundem”-in xəbərinə görə, bunu meyxanaçı Ələkbər Yasamallının anası Baku TV-yə müsahibəsində bildirib.

“Rəşadın atasının artıq-əskik sözlər danışması… Ayıbdır, adam elə sözlər deməz. Bizim ürəyimiz yaralıdır, qoyun biz danışaq. İskəndərə narkobaron deyirlər, evinə, yaşayışına baxarısınız… Hadisəni də Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir, xəstəxanaya (xaricdə-red) yerləşdirilib. Övladımla danışa bilməmişəm. Kimdən gözləsəydi, Rəşaddan gözləməzdi, hamımızın əzizi olub” – anası qeyd edib.