Elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilirbackend

Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir.

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçünikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.