Elektriklə balıq ovlayan 3 nəfər saxlanılıb – FOTObackend

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Şirvan kollektrounun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.

Açıklama yok.