Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşdübackend

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olunub.