Əli Əsədov Fuat Oktaya başsağlığı verdibackend

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

“Yeni Gündəm”in məlumatına görə, məktubda deyilir:

Terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.

Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.

Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.