Əli Əsədov Fuat Oktaya “Kanal İstanbul”la bağlı təbrik məktubu ünvanladıbackend

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Yeni Gündəm”ə verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.