Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi – Yenilənibbackend

Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib. 

“Yeni Gundem” xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist İbrahim Məmmədov gətirilib.

Qeyd edək ki, keçmiş mətbuat katibi Ayaz Mirzəyev bu gün sözügedən vəzifədən getdiyi haqda açıqlama yaymışdı.

Xatırladaq ki, İbrahim Məmmədov 1964-cü ildə Zərdab rayonunda anadan olub. O, uzun illər ANS-TV-də işləyib.

2005-2006-cı illərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçisi, 2006-cı ildə AzTV-də İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək AzTV-nin sabiq sədri Arif Alışanovun müavini vəzifəsində çalışıb.

Bu təyinata qədər ARB-nin sədr müavini idi.

***

İbrahim Məmmədov da yeni təyinatı ilə bağlı fikirlərini paylaşıb:

“Bu gün Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!
Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş Nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!

Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm!”