Əli Əsədov qaydalarda dəyişiklik etdibackend

II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları ləğv edilib.

“Yeni Gündəm”-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, həmin ixtisaslar III ixtisas qrupuna keçirilib.