Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldıbackend

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.

Ailə üzvlərindən aldığımız məlumata görə, son bir neçə həftə ərzində Əli müəllimin ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdır.

Dünən  gecə isə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınmış və dərhal  da xəstəxanaya yerləşdirilmişdir.

Aldığımız məlumata görə Əli Həsənov  ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən  əziyyət çəkir.

Əli Həsənov 2013-cü ildə ciddi bir infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılmış və bir ayın içərisində  iki dəfə açıq ürək əməliyyatına məruz qalmışdır.Vətəninfo