Əli Mirəliyevin ölüm xəbəri yayıldıbackend

Azərbaycanın tanınmış müğənnisi Əli Mirəliyevin dünyasını dəyişdiyi ilə bağlı xəbər yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, yayılan xəbərlərlə bağlı Kult.az-a açıqlama verən müğənni səhhətinin normal olduğunu bildirib.

“Ölüm xəbərimi hansısa vicdansız qəsdən yayır. Səhhətim normaldır. Özümü yaxşı hiss edirəm”, – deyə o bildirib.