Əlikram: “Gəlin evə gələndə istədim özümü yığışdırım, alınmadı“ – VİDEObackend

Müğənni Əlikram Bayramov “Tam vaxtıdır” verilişində qonaq olarkən maraqlı açıqlamalar verib.

“Yeni Gündəm”-in məlumatına görə, ifaçı qayınata olduqdan sonra həyatının daha gözəl olduğunu bildirib:

“Evə gəlin gətirəndə həyatım dəyişdi. Evimdə qız olmayıb, bir oğlum olub. Qayınata olmaq çox gözəl hissdir. Oğluma 3 gün toy etdim. Qonaqlar çox idi deyə, bir məkana sığdıra bilmədim. Gəlin evə gələndən sonra ab-havam dəyişdi. Əvvəl deyib-gülən idim, istədim özümü yığışdırım, amma alınmadı. Gördüm ki, öz həyatımın cığırından çıxıram. Həyatda süni olub yaşamaqdansa, özün olub yaşamaq daha gözəldir”.