Əliyevlə Putin qeyri-rəsmi görüşlərdə nədən danışırlar? – VİDEObackend

Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan sənədli filmdə Azərbaycan dövlət başçısı ilə qeyri-rəsmi görüşlər zamanı nə haqda danışdıqlarını açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, Putin bildirib ki, İlham Əliyevlə görüşlər arasında qeyri-rəsmi görüşlərə rast gəlinməsinə baxmayaraq, bu görüşlərdə söhbətlər əsasən Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələri haqda olur.

“Burada bir çox məsələlər var: şəxsi, insanlararası, vətəndaşlar səviyyəsində ölkələrimiz arasındakı əməkdaşlığı nəzərdə tuturam. İqtisadiyyat da inkişaf edir, buna görə də həmişə danışmağa mövzumuz var. Gəlin İlham Heydər oğlunun Rusiyanın aparıcı ali təhsil müəssisələrindən birini bitirdiyini unutmayaq. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq əlaqələr fakültəsində təhsil alıb, sonra bir müddət Moskvada yaşayıb. Ona görə də biz onunla mahiyyətcə eyni dildə danışırıq. O mənada yox ki, eyni dili istifadə edirik. Hətta o mənada da yox ki, rus dili – demək olar, doğma dildir, mənəvi cəhətdən də biz çox yaxınıq və danışmağa hər zaman mövzumuz var”, – deyə Putin qeyd edib.