Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama: “Bu il…”backend

“Milli valyutanın məzənnəsi bu il stabil olacaq, manatın məzənnəsi qorunub saxlanılacaq”.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.