Elman Rüstəmovdan qazi və şəhid ailələrinə yardımla bağlı AÇIQLAMAbackend

“Qazi və şəhid ailələrinə çox ciddi diqqət göstərilməlidir. Biz bu istiqamətdə işlər görürük”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, onların banklara olan borclarının silinməsi və s. ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birlikdə mərkəz yaradılacaq: “Dövlətimiz bu istiqamətdə dövlətimiz iş görür. Maliyyə sektorunda da bu işlər görülür. Onlarla görüşərək biz bu məsələləri həll edəcəyik. Şəhid və qazilər bizim qəhrəmanlarımızdır. Prezident İlham Əliyev tərəfindən də bununla bağlı çox ciddi göstərişlər verilib. Şəhid və qazi ailələrinin problemləri, bununla bağlı məsələlər Prezidentimizin, cəmiyyətimizin, hörmətli Mehriban xanımın diqqətindədir”.