Elməddin səhnədən gedirbackend

Aktyor Elməddin Cəfərov səhnədən getmək istədiyini açıqlayıb.

“Yeni Gundem” axşam-a istinadla xəbər verir ki, bu haqda o, “Söhbət var” proqramında deyib.

Elməddinin sözlərinə görə, artıq filmlərdə rol almaq istəmir: “2 il əvvəl söz verdim ki, aktiv səhnədən uzalqaşıram. Dedilər, bir veriliş et, sonra gedərsən. “Qısaqapanma” etdim. Söz verdim ki, daha efirə çıxmayacağam, kadrarxası çalışacağam. Əvvəl çalışanda bu qədər verilişlərə qatılmırdım. İndi hər gün efirdəyəm. Dincəlmək istəyirəm”.