Elmi Araşdırmalar” ictimai birliyi “Vətənpərvər məktəblilər“ layihəsini yekunlaşdırdıbackend

Azərbaycan Respublikasinin Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Milli Məclisin Gənclər və idman komitəsi, “Elmi araşdırmalar” İctimai Birliyi” ilə birlikdə Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbində təhsil alan 210-dan çox məktəbliyə üzərində Azərbaycan Respublikasının dövlət bayrağı həkk olunmuş, işğal edilmiş rayonlarımızın adı yazılmış yay və qış geyim forması, vətənpərvərlik rəmzləri təqdim edilib.

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbində təhsil alan şagirdlərə müəyyən olunmuş dərs vaxtlarına riayət etməklə vətənpərvərliklə bağlı zəruri biliklərin, o cümlədən hər bir azərbaycanlının yüksək vətənpərvərlik duyğuları ilə yaşamaq, Vətənin hər birimizin müqəddəs səcdəgahı, pənah yeri olaraq ona ilahi bir sevgi ilə bağlanmaq kimi fikirlərin aşılanması nəzərdə tutulub. Hovuslu kənd tam orta məktəbinin 210-dan çox şagirdi, valideynlər və müəllimlər belə mühüm layihənin həyata keçirilməsini razılıqla qarşılayıblar. Layihəyə tövhə olaraq şagirdlərlə görüşlərin keçirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması ilə yanaşı, informasiya resurslarından səmərəli istifadə edilməsinin, ölkəmizin ziyalıları ilə mütəmadi görüşlərin təşkilinin, oxumağa və xarici dil biliklərinin artırılmasına təşviqi nəzərdə tutulur. Layihə rəhbəri Telman Qasımov bildirib ki, mövcud pandemiya şəraiti təhsil sistemində də çətinliklər yaratmasına baxmayaraq, təhsil sahəsində aparılan sistemli islahatların ana xəttini insan kapitalının formalaşdırılması təşkil edir. Ölkə gənclərinin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarına sadiq olması, gənc nəslin təhsilli və vətənpərvər ruhda yetişdirilməsi, milli-mənəvi dəyərlərə uyğun tərbiyə edilməsi günün tələbidir. Layihənin məhz məcburi köçkün məktəblərinin seçilməsində əsas məqsədlərdən biri işğal altındakı ərazilərimiz, torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımız barədə gənc nəslə daha geniş məlumatların verməkdir.
“Elmi Araşdırmalar” ib Mətbuat Xidməti.