Elnur Əliyevdən açıqlama: “Elə bir vəziyyətdir ki…”backend

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyevlə Gununsesi.info-ya qısa açıqlama verib.

“Yeni Gundem” xəbər verir ki, baş verənlərlə bağlı saytın əməkdaşının telefonla əlaqə saxladığı  Elnur Əliyev “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar” deyə bildirib.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da nazir müavini vəzifəsindən azad olunub.