“Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır”backend

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

“Yeni Klinika”dan bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

“Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır”, – xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb.