Elon Muskın “beyin çipi” layihəsi meymun üzərində sınaqdan keçirildibackend

Tesla və Spacexin icraçı direktoru Elon Muskın “insan beyninə çip yerləşdirmək” layihəsi olan Neuralink bir meymunun üzərində sınaqdan keçirildi. Sınaq, beyninin iki lobunun hər birinə bir çip əlavə edilmiş meymunun iki fərqli kompüter oyunu oynaya bilməsi idi.Neuralink, insanların düşüncələrindən başqa heç bir şey istifadə etmədən kompüterlərlə qarşılıqlı əlaqə qurmağı və idarə etmələrini təmin edən bir interfeys inkişaf etdirir.

“Yeni Gündəm”in araşdırmasına görə, texnologiya bir sıra elektrodlar və mikroskopik liflər sayəsində neyronların fəaliyyətini oxuya bilən bir beyin implantından ibarətdir.

Elon Musk tərəfindən paylaşılan videoda implantasiya edilmiş 9 yaşındakı Pager adlı meymun “Pong” video oyununu oynayır.
İki fərqli kompüter oyununu müvəffəqiyyətlə oynayan meymun, bir yandan da ekranın altındakı pipedlə bananlı süd içir.
Muskın Twitterda verdiyi açıqlamada: “İlk Neuralink məhsul, iflic olan bir insanın ,baş barmağını istifadə edəndən insana nəzərən daha sürətli smartfon istifadə etməsini təmin edəcək” dedi.
Çipin kəllə sümüyünə yerləşməsi sayəsində simsiz şarj edilə biləcəyini vurğulayan Musk:
“Daha sonrakı versiyalarda beyindəki Neuralinklərdən bədənin motor/sensor neyron qruplarında Neuralinkə siqnalları ötürə biləcək, beləliklə beldən aşağısı iflic olan insanların yenidən yeriməsinə imkan verəcəkdir.
Çip kəllə sümüyünə yerləşdirilir və enerji ilə simsiz yüklənə bilir. Bu səbəbdən də, implantasiya olunan insan normal görünür və heç bir narahatlıq hiss etmir.”

Hazırladı: Aynur Abdullayeva

Yenigundem.az