Elşad Hacıyevdən müraciət: Baş verən hadisələri niyə yayırıq?backend

“Baş verən hadisələri niyə yayırıq? Vətəndaşlarımız hansısa cinayətkar əmələ məruz qalmasınlar, ibrət olmasınlar, ibrət alsınlar”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Sorğulmadan, tanımadığı, niyyəti naməlum olan şəxslərə qapının açılması ev sahibinin quldurluğa məruz qalması ilə nəticələnib. Qeyri-aşkar şəraitdə baş verən hadisə Xətai rayonunda olub. Polis tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxslər intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar ev sahibini küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını talamışdılar. Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – E.Hacıyev qeyd edib.