Elşad Həsənov Yasamalı satışa çıxarıb – VİDEObackend

Paytaxtın Yasamal rayon ərazisində tikinti işləri sürətlənib.Lakin bu tikintilər heç də abadlıq – quruculuq təyinatı ilə həyata keçirilmir.

“Yeni Gündəm” bildirir ki, rayon ərazisi qarış-qarış satılaraq obyekt tikintiləri üçün meydançaya çevrilib. Bu proses heç zaman dayanmayıb, indi də davam edir. İcra başçısı Elşad Həsənov sələflərindən fərqlənmədiyini ortaya qoymaqdadır. Bununla bağlı təqdim edəcəyimiz video süjetdən aydın olur ki, rayonun ayrı-ayrı yerlərində qanunsuz tikintilər baş alıb gedir. İcra başçısı Yasamalın səkilərini, tikinti üçün uyğun olmayan yerlərini satmaqdadır.

Video reportajı təqdim edirik: