Elşən Gəncəvi Biləsuvarda məskunlaşan cəbrayıllılarla görüşlər keçirib (FOTOLAR)backend

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Biləsuvarda məskunlaşan cəbrayıllılarla keçirib.

“Yeni Gündem” xəbər verir ki, 7 fevral 2020-ci ildə keçirilən təbliğat-təşviqat zamanı Biləsuvarda məskunlaşan cəbrayıllarla fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib. Namizədin təbliğat-təşviqat materialları paylanılıb.

Görüşlər zamanı seçicilərin seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdirmələrinin vacib olduğu vurğulanıb.Seçicilər namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların fikirləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndiriblər.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Yenigundem.az