9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində keçirib.
“Yeni Gündem” xəbər verir ki, təbliğat-təşviqat zamanı Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yaşayan vətəndaşlarla fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib. Namizədin təbliğat-təşviqat materialları paylanılıb.
Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli qərarı və güclü iradəsi ilə reallaşan tarixi qələbə gələcək üçün böyük işlərin başlanğıcı kimi qiymətləndirilib. Həmçinin, 9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə fəal iştirakın vacib olduğu vurğulanıb.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.
Yenigundem.az