Elşən Gəncəvi seçki günü məntəqələrdə olub (FOTOLAR)backend

9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçki günü məntəqələrdə olub.

“Yeni Gündəm” xəbər verir ki, keçirilən seçkilərdə namizəd Elşən Gəncəvi müxtəlif seçki məntəqələrinə baş çəkərək, məntəqə sədrinə, məntəqə üzvlərinə, müşahidəçilərə və əməyi olan hər kəsə uğurlar arzulayıb. Namizədin vəkilləri və müşahidəçiləri də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin məntəqələrində fəal iştirak ediblər.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Yenigundem.az