Elşən Gəncəvi şəhid Ruhin Qəhrəmanovun ailəsinə baş çəkib (FOTOLAR)backend

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş Ruhin Qəhrəmanovun ailəsinə baş çəkib.

Yeni Gündem” xəbər verir ki, 7 fevral 2020-ci il tarixində Elşən Gəncəvi şəhidimizin atası Əşrəf Qəhrəmanov və qardaşı Aprel döyüşçüsü Qəhrəman Qəhrəmanovla görüşüb. Görüş zamanı şəhidin döyüş yolundan, onun döyüş yoldaşları ilə olan xatirələrindən danışılıb. Şəhidimizin məzarı ziyarət edilib.

Əşrəf Qəhrəmanov Elşən Gəncəviyə 9 ferval 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu şəhidimiz Ruhin Əşrəf oğlu Qəhrəmanov 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub. Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən “2 saylı məcburi köçkün” məzarlığında dəfn olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Yenigundem.az